Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLMİŞDİR

0


  •             7 may 2014-cü ildə ulu öndər Heydər Əliyevin anadan
    olmasının 91 -ci ildönümü münasibəti ilə Mə­dəniyyət evində rayon rəhbərliyi və
    ictimaiyyətin iştirakı ilə geniş təd­bir keçirilmişdir. Tədbir iştirakçıla­rı
    Ulu Öndərin möhtəşəm abidəsini ziyarət etmiş, abidənin önünə gül- çiçək dəstələri
    qoymuşdular.

               Tədbir YAP rayon təşkilatının rəhbərliyi ilə təşkil
    olunmuşdur. Tədbirdə çıxış edənlər "Heydər Əli­yev və Azərbaycan gerçəklikləri"
    haqqında iştirakçılara hərtərəfli məlumat verdilər.

    Tədbir konsert proqramı ilə başa çatdı.   

                                                                 

                                                         ***

            

               RMX-da görkəmli alim, oftal­moloq Zərifə xanım
    Əliyevanın anadan olmasının 91-ci ildönümü­nə həsr olunmuş geniş tərkibdə təd­bir
    keçirilmişdir. Xəstəxananın baş həkimi Məmməd Nağıyev Zərifə xanım Əliyevanın həyat
    və yaradı­cılığı mövzusunda yaddaqalan mə­ruzə ilə çıxış etdi. Əlavə çıxış edən­lər
    Zərifə xanımın tibb sahəsində qazandığı müvəffəqiyyətlərdən və keçdiyi şərəfli
    həyat yolundan bəhs etdilər.

               Tədbirdə rayon İH-nin başçısı­nın müavinləri Lamiə
    Qarayeva, Yaşar Salahov və şöbə müdiri Va­qif Ağayev çıxış etdilər.



                                                         ***



               Alman faşizm üzərində qələbə­nin 69-cu ildönümü
    münasibətilə rayonun təhsil, mədəniyyət ocaqla­rında bir sıra tədbirlər keçirilmiş­dir.
    Rayon İH-nin təşəbbüsü ilə də­yirmi masa təşkil olunmuşdur.

               Tədbirlərin əsas qayəsini Bö­yük Vətən müharibəsində
    Azər­baycan xalqının göstərdiyi qəhrə­manlıq nümunələri təşkil etmiş, qə­ləbənin
    qazanılmasında Bakı nefti­nin oynadığı mühüm rolun əhə­miyyəti də
    bildirilmişdir.

                                                        ***



               15 may Beynəlxalq Ailə Günü­nün keçirilməsi ilə
    bağlı Ailə, qadınvə Uşaq problemləri üzrə Dövlət Komitəsinin tədbirləri planına
    uy­ğun olaraq rayon İH-nin başçısı Şahmar Usubovun təsdiq etdiyi tədbirlər
    planı yerlərdə mərhələlər­lə icra edilmişdir.

                                                                          

                                                        ***



               28 May! Bu gün tariximizə qızıl hərflərlə yazılan
    bir gündür. Bu gün münasibəti ilə rayon səviyyə­sində tədbirlər keçirilmişdir.



                                                        ***



                08.05.1992-ci ildə Şuşa, 09.05.1992 - ci ildə Kosalar,
    17.05.1992 - ci ildə Laçın rayonu
    er­məni qəsbkarları tərəfindən işğal olunmuşdur. İşğal günləri rayon rəhbərliyi
    və ictimaiyyəti tərəfin­dən ürək ağrısı ilə yad edilmişdir. İşğal günləri ilə əlaqədar
    keçirilən anım mərasimlərində ölkə başçısı İlham Əliyevin apardığı məqsəd­yönlü
    daxili və xarici siyasət nəticə­sində doğma yurd-yuvamıza qayı­dacağımız günün
    çox uzaqda ol­maması qeyd olunmuşdur.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi10 il öncə
    İzlənib62 dəfə
    SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLMİŞDİR

    Maraqlı gələ bilər
    118
    50
    83
    43